Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...