4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək

21-10-2024
IMG

BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin davam edən (İHK) 142-ci sessiyası çərçivəsində sabah Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçiriləcək.

Fhnews.az xəbər verir ki, tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinika, Yeni Kaledoniya, Qvadelupa, Bonaire, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak edəcəklər. Konfransda Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal, “Urgences Panafircanistes” Kemi Sebanın da iştirakı planlaşdırılır.

Tədbirin məqsədi Fransa və Niderland tərəfindən aparılan müstəmləkə siyasətinin yaratdığı sosial, siyasi və ekoloji təsirləri müzakirə etmək və beynəlxalq ictimaiyyəti dekolonizasiya prosesinə dəstək verməyə çağırmaqdır. Xüsusilə müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması və ədalətli bir gələcəyin qurulması üçün beynəlxalq hüquq prinsiplərinə uyğun həll yollarını tapmaq əsas vəzifələr sırasındadır.

Konfransda Fransa müstəmləkəçiliyinin tarixi və mövcud təsirləri ilə yanaşı, iqtisadi asılılıq, sosial hüquqların pozulması və ekoloji problemlər ətraflı şəkildə müzakirə olunacaq.

Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın tətbiqi və onun müstəmləkə ərazilərində hüquq bərabərliyinin təmin olunmasına təsirləri tədbirin əsas mövzuları sırasında yer alacaq. Bu platforma, həmçinin müstəmləkə əsarətində qalan xalqların səsi olmaq, onların suverenlik hüquqlarını müdafiə etmək və beynəlxalq hüququn tələbləri əsasında dayanıqlı və ədalətli bir gələcək qurulması üçün dialoq mühiti yaratmağı hədəfləyir.

Paylaş: