Bakı Sammitinin iştirakçıları dövlətlərə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ediblər
Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları dövlətlərə, beynəlxalq, regional, dini, ictimai təşkilatlara və dini liderlərə müraciət ediblər.
Fhnews.az xəbər verir ki, müraciətdə aşağıdakı istiqamətlərdə çağırış olunub:
“- iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş ictimai müzakirələrdə fəal iştirak etməyə, daha yaşıl gələcəyə baxışı reallaşdırmaq üçün qlobal dəstəyi gücləndirmək;
- insan həyatının və təbiətin müqəddəsliyini tanımağa, bütün canlıları və təbiəti qorumaq dəyərlərinə hörmət etməyə, ekoloji bərabərlik və ədaləti müdafiə etmək;
- qlobal iqlim böhranının aradan qaldırılması və təbiətin qorunması üçün dünyada istilik hərarətinin artımı həddinin 1,5 dərəcədə saxlanılması prosesində daha fəal rol oynamaq;
- ekoloji problemlərin həllinin və təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsinə töhfə verən süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunmasını tövsiyə etmək;
- süni intellektin məsuliyyətsiz istifadəsinin mümkün fəsadları barədə xəbərdarlıq edərək, müasir texnologiyaların istafədəsi zamanı müşayiət oluna biləcək risklərin nəzərə alınmasına və süni intellektin nəzarətsiz tətbiq edilməsinin ekoloji böhranları həll etmək əvəzinə daha da artmasına səbəb olmaması üçün alimlər, qanunvericilər, siyasət xadimləri, dini liderlər, beynəlxalq və ictimai təşkilatlar arasında əməkdaşlığı təşviq etmək;
- Paris İqlim Sazişinin uzunmüddətli məqsədlərinin həyata keçirilməsinə və irəliləməsinə dəstək vermək üçün birgə çalışmaq;
- müxtəlif din və əqidə nümayəndələrinin, siyasətçilərin, akademik dairələrin, din alimlərinin, qadınların, gənclərin, yerli əhalinin və icmaların, vətəndaş cəmiyyətinin, işgüzar dairələrin və digər maraqlı tərəflərin birgə müzakirələrə cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim dəyişikliyi ilə mübarizədə inklüziv prosesi təşviq etmək;
- ərzaq təhlükəsizliyinin təmin olunmamasına səbəb olan, təbii su anbarlarını və hövzələrini məhv edən, torpağı deqradasiyaya məruz qoyan, iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərə mane olan silahlı münaqişələrə, zorakılıq, kütləvi qırğın silahlanması, ekosid və urbisid aktlarına son qoymaq üçün çağırış və fəal iş aparmaqla qlobal sülh gündəliyinə töhfə vermək;
- terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin adından sui-istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış etmək;
- media və informasiya texnologiyaları vasitəsilə zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılması;
- dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməmək;
- gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq, insan qardaşlığı, habelə iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması mövzusunda maarifləndirilməsini və bu proseslərdə medianın rolunu təşviq etmək;
- təmiz, sağlam, sabit və dayanıqlı cəmiyyətlərdə insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verməyə;
- iqlim dəyişikliyi ilə mübarizədə onların xüsusi əhəmiyyətini vurğulayan təbii su anbarlarının və hövzələrinin məsuliyyətsiz və həddindən artıq istifadəsini pisləmək;
- iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində dinlərin və inancların potensiallarından daha səmərəli istifadə etmək;
- dini, mədəni və etnik müxtəlifliyin qorunmasına, bunlara hörmət edilməsinə dəstək verməyə, dünya dinlərinin mənəvi-əxlaqi dəyərlərinə əsaslanan ekoetikanı təbliğ etmək".
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...