4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Bakı Apellyasiya Məhkəməsində ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının nümayəndəsi ilə görüş keçirilib

14-08-2024
IMG

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndəsi – həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə Bakı Apellyasiya Məhkəməsində görüş keçirilib.

Fhnews.az xəbər vrir ki, Bakı Apellyasiya Məhkəməsindən verilən məlumata görə, görüşdə seçki mübahisələrinin məhkəmə qaydasında həlli, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Həmçinin qonağı maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Paylaş: