Azərbaycanla Səudiyyə Ərəbistanı arasında minatəmizləmə sahəsində əməkdaşlığın geniş potensialı var
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında minatəmizləmə sahəsində əməkdaşlığın geniş potensialı var.
Fhnews.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Kral Məhkəməsinin müşaviri və Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin (“KSrelief”) baş nəzarətçisi Abdullah bin Əbdüləziz Əl-Rabiah ilə görüşündə bildirilib.
Görüş əsnasında Azərbaycanın səfiri Kral Məhkəməsinin müşavirinə Ermənistanın 30 ildən artıq işğal altında saxladığı ərazilərdə törətdiyi mina terroru, hazırda Qarabağ bölgəsində davam edən minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verib. O, Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin dünyanın müxtəlif regionlarında minatəmizləmə işlərinə dəstəyini qeyd edib, Azərbaycana göstərilən köməyə görə təşəkkürünü bildirib.
Abdullah bin Əbdüləziz Əl-Rabiah, öz növbəsində, dost ölkə olan Azərbaycanla minatəmizləmə sahəsində, habelə müxtəlif humanitar istiqamətlər üzrə əməkdaşlığın geniş potensialı olduğunu deyib. “KSrelief”in baş nəzarətçisi Krallığın yeni birgə layihələrin keçirilməsində maraqlı olduğunu da qeyd edib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...