Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti pasport sahibləri vizadan azad olunurlar
Azərbaycanın və İndoneziyanın diplomatik, xidməti pasport sahibləri vizadan azad ediləcək.
Fhnews.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan Milli Məclisinin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Saziş 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...