4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın və Braziliyanın beyin mərkəzləri əməkdaşlığı dərinləşdirir

15-11-2024
IMG

Bildiyimiz kimi, COP30 Braziliyada keçiriləcək. Biz də artıq Braziliyanın düşüncə mərkəzləri ilə sıx əməkdaşlığa başlamışıq.

Fhnews.az xəbər verir ki, bu sözləri “Qalıq yanacaqlardan keçid: Çətinliklər və "Troyka" ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib. 

Neft-qaz sahəsinin Azərbaycanın və Braziliyanın iqtisadiyyatının əsas elementi olduğunu deyən Fərid Şəfiyev bugünkü tədbirdə karbohidrogen enerji mənbələrindən alternativ enerji mənbələrinə keçid məsələlərinin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Paylaş: