4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə edilib

20-06-2024
IMG

İyunun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstra ilə görüşüb.

Fhnews.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi çərçivəsində əsas istiqamət və prioritetlər, milli və beynəlxalq səviyyədə görülən işlər, habelə COP29-a hazırlıq fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın prosesin davamlılığını və inklüzivliyini təmin etmək üçün əvvəlki COP sədrlikləri, o cümlədən beynəlxalq maliyyə təşkilatları, özəl sektor nümayəndələri də daxil olmaqla, bütün tərəflərlə yaxından işlədiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin ölkəmizin “yaşıl enerji” sahəsində prioritetləri barədə qarşı tərəfə məlumat verilib.

Komissar Vopke Hukstra Azərbaycan tərəfindən COP29 sədrliyi çərçivəsində görülən işlərin vacibliyini, habelə bu istiqamətdə Aİ-nin mümkün dəstək və əməkdaşlıqda maraqlı tərəflərdən biri olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: