4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın Baş naziri ilə Rusiya Hökumətinin sədri arasında telefon danışığı olub

15-10-2024
IMG

Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli gündəliyin bütün məsələləri üzrə birgə fəal işin davam etdirilməsinə qarşılıqlı surətdə hazır olduqlarını təsdiq ediblər.

Paylaş: