4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb

22-01-2024

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

Fhnews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.

Paylaş: