4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və Vyetnam mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib

27-08-2024
IMG

Mina təhlükəsilə mübarizə sahəsində Azərbaycan və Vyetnam arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun Vyetnamda səfəri çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang Tri Minatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.

Qeyd olunub ki, görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ANAMA-nın nümayəndə heyəti Azərbaycanda mövcud mina və müharibənin digər partlayıcı qalıqları problemini gündəmə gətirərək, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilən metodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçirilən təlimlər barədə məlumat verib. Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləri Kamboca Krallığına səfər çərçivəsində davam edəcək.

Qeyd edək ki, Vyetnam mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.

Paylaş: