4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və Rusiya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

25-06-2024
IMG

25 iyun 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib. 

Fhnews.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov rəhbərlik edib. 

Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar. 

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Paylaş: