4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və Özbəkistan parlamentləri arasında əməkdaşlığın inkişafına dair yol xəritəsi imzalanıb

07-06-2024
IMG

Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı (yol xəritəsi) imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, dost və qardaş ölkələrimiz, dövlət başçılarımız arasında mövcud yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada imzalanan yol xəritəsinin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.

Paylaş: