Azərbaycan və Belarus yüksək səviyyəli ikitərəfli təmaslara hazırlıq məsələlərini müzakirə ediblər
Belarus Respublikasının xarici işlər naziri Maksim Rıjenkov ilə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib.
Fhnews.az Belarus Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmsöhbətlər cari ilin oktyabr-noyabr aylarında ali və yüksək səviyyələrdə növbəti ikitərəfli təmaslara hazırlığı əsaslı şəkildə müzakirə ediblər.
Strateji iqtisadi-ticarət razılıqlarının həyata keçirilməsi və regional əlaqələrin inkişafı vurğulanaraq Belarus-Azərbaycan gündəliyindəki bir sıra məsələlərə baxılıb.
Tərəflər xarici işlər idarələri vasitəsilə birgə hərəkətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...