4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və Avropa Şurası arasında mövcud gündəlikdə duran məsələlər müzakirə olunub

25-09-2024
IMG

Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında mövcud gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanaraq hər zaman Avropa Şurasının təsisatları ilə əməkdaşlığa açıq olduğu bildirilib. Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq etməməsinə dair qərarının əsassız və açıq şəkildə qərəzli olmaqla yanaşı, dialoqa xidmət etmədiyi vurğulanıb.

Tərəflər arasındakı bütün fikir ayrılıqlarının dialoq, qarşılıqlı hörmət və anlaşma vasitəsilə həll edilməli olduğu, Azərbaycan tərəfinin Avropa Şurası və onun təsisatlarından gözləntisinin də məhz bundan ibarət olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatından bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: