Azərbaycan ilə Əlcəzair arasında regional və qlobal məsələlər müzakirə olunub
Sentyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Zəkiyyə İğılı qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Əlcəzair arasında mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, habelə regional və qlobal məsələlər müzakirə olunub.
Ceyhun Bayramov təyinatı münasibətilə səfir Zəkiyyə İğılı ürəkdən təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Cari ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edən nazir bu illər ərzində əməkdaşlığımızın inkişafında qarşılıqlı səfərlərin, habelə intensiv siyasi dialoqun əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Bir sıra istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğu, bu xüsusda imkanların müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ceyhun Bayramov, həmçinin qarşı tərəfi 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, postmünaqişə dövrünün reallıq və çağırışları, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb. İstər keçmiş münaqişə, istərsə də postmünaqişə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü və suverenliyimizə göstərilən dəstəyə görə Əlcəzair tərəfinə təşəkkür edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...