4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Astanada Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun doqquzuncu iclası keçirilib

23-10-2024
IMG

Oktyabrın 22-23-də Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) doqquzuncu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbər – S.Şərifov), İran İslam Respublikasının (rəhbər – Ə.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbər – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbər – M.Petrakov) və Türkmənistanın (rəhbər – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçirib, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasına minnətdarlıqlarını bildiriblər.

YSİQ-nin növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.

Paylaş: