4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Ərdoğan dövlətləri ekoloji sahədə beynəlxalq əməkdaşlığa çağırıb
 

05-06-2024
IMG

Dövlətlərin birgə səyləri qlobal ekoloji problemlərin həllinə, Yeri həyat üçün daha əlverişli yaşıl dünyaya çevirməyə kömək edə bilər.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı məktubunda deyilir.

Türkiyə rəhbəri iqlim dəyişikliyi ilə bağlı çoxsaylı ekoloji problemlərə, o cümlədən qlobal istiləşməyə, səhralaşmaya, biomüxtəlifliyin azalmasına diqqət çəkib. “Ətraf mühitdəki problemlər bəşəriyyət üçün ümumi maneədir, ona görə də bu vəziyyətdən çıxmaq üçün beynəlxalq əməkdaşlıq vacibdir”, - Ərdoğan deyib.

Prezident xatırladıb ki, 2022-ci ildən başlayaraq Türkiyədə Ətraf Mühit Həftəsi keçirilir. “Bu təşəbbüs, ictimaiyyətin diqqətini ekoloji problemlərə maksimum dərəcədə cəlb etmək məqsədi daşıyır. Ağacəkmə, zibilyığma kampaniyaları həyata keçirilir, tullantıların emal həcmi artır, ətraf mühitə minimal zərər vuran texnologiyalara üstünlük verilir”, - deyə dövlət başçısı vurğulayıb.

Siyasətçi son illərdə Türkiyədə uğurla həyata keçirilən “Sıfır tullantı” kampaniyasını buna misal göstərib.

Onun sözlərinə görə, bu kampaniya Türkiyənin ekoloji modelini öyrənən digər ölkələr üçün nümunəyə çevrilib. “Quraqlığın miqyasının artması nəzərə alınmaqla, Türkiyənin su ehtiyatlarından səmərəli istifadə olunması istiqamətində addımlar atılır. Yeraltı su anbarları tikilir”, - deyə Türkiyə lideri ətraf mühitin qorunmasında şəhərsalma planlamasının rolunu da qeyd edib.

Prezident Türkiyə sakinlərinin hər birinin təbiətə qayğı ilə yanaşılması baxımından böyük məsuliyyət daşıdığını vurğulayıb və vətəndaşları ekologiya məsələlərində həssas olmağa çağırıb.

Paylaş: