4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

2024-cü ilin altı ayında 3 mindən çox insan barədə Azərbaycana girişin məhdudlaşdırılması qərarı verilib

26-07-2024
IMG

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Fhnews.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən (DMX) verilən məlumata görə, bu qərarlardan 1104-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla cərimə tətbiq olunub.

Digər 2 min 889 əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkəyə girişinə məhdudiyyət qoyulub.

Paylaş: