UEFA Çempionlar Liqası: Sonuncu yarımfinal görüşü baş tutacaq
Bu gün UEFA Çempionlar Liqasında sonuncu yarımfinal görüşü keçiriləcək.
Fhnews.az xəbər verir ki, ilk oyunda 2-2 hesablı heç-heçəyə razılaşan “Real Madrid” və “Bavariya” bu gecə meydana qələbə əzmində çıxacaqlar. Rəqiblərin heyətində itkilər var. Meydan sahiblərindən David Alaba Karlo Ançelottinin ixtiyarında olmayacaq. Qonaqlarda isə Saşa Boey, Buçmann, Koman, Querrero, Maruşiç və Bono Sarr zədə üzündən bugünkü görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı polşalı hakimlər briqadasından Saymon Marçinyak idarə edəcək.
08 May
“Real Madrid” – “Bavariya”
İlk görüş – 2:2
Saat - 23:00
Stadion – “Santiaqo Bernabeu”
Baş hakim – Saymon Marçinyak
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...