“Qaradağ” GES-də istehsal olunan enerjinin həcmi açıqlanıb
“Qaradağ” Günəş Elektrik Stansiyasında (GES) istismara verildiyi tarixdən bu günədək 458,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyindən verilən məlumata görə, 2023-cü il oktyabrın 26-da rəsmi açılış mərasimi olan stansiya ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və stansiyada yaşıl enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa edilən stansiyanın ümumi gücü 230 meqavatdır. Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 meqavat artıb ki, burada da “Qaradağ” GES-in xüsusi payı var.
Dünya Bankı ilə nasoslu hidroenerji...
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...