FHN-in regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü anılıb
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirlərdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirlərdə qeyd olunub ki, erməni millətçilərinin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımı tarixin ən böyük faciələrindən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı törədiblər. Soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası uğurla davam etdirilir.
Tədbirlərdə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı videoçarx nümayiş olunub.
Ucarda əkin sahələrinin vaxtında...
Xocalının Ballıca kəndinə növbəti köç...
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...