2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

Batma təhlükəsi olan ada ölkəsi vətəndaşlıq satır

27-02-2025
IMG

Sakit okean ada dövləti Nauru  dəniz səviyyəsinin qalxması səbəbindən pul müqabilində vətəndaşlıq təklif etməyə başlayıb.  Su altında qalmaq təhlükəsi ilə üzləşən 13 min nəfər əhalisi olan alçaq hündürlükdə yerləşən ada ölkəsi öz vətəndaşlarını sahil zolağından uzaq, daha yüksək ərazilərə köçürməyi planlaşdırır.

 Ölkə prezidenti David Adeang iqlim maliyyəsi tükəndiyi üçün mübahisəli “qızıl pasport” proqramının başladığını elan edib.Ölkə xaricilərə pasportları 105 min ABŞ dollarına sataraq vəsait toplayacaq. Bu "qızıl pasport" proqramı ilk ilində təxminən 6 milyon dollar gəlir əldə etməyi hədəfləyir.Bu  pasport Böyük Britaniya, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Honq Konq da daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı verəcək.

Paylaş: