XİN: Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb
Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Buraxılışda, həmçinin qeyd edilib ki, 25 ölkənin xarici işlər nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib, bir neçə ölkə ilə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Bildirilib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhəri) və Oman Sultanlığındakı (Maskat şəhəri) diplomatik missiyaları fəaliyyətə başlayıb, İran İslam Respublikasındakı səfirliyi isə iyulun 15-dən öz işini bərpa edib. Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb (69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi). Vanuatu Respublikası Bakı şəhərində Baş Konsulluğunun təsis edilməsi, Kuk adaları isə diplomatik münasibətlərin qurulması ilə bağlı müraciət edib.
Mərkəzi Seçki Komissiyasının növbəti...
Almaniya Prezidenti Frank-Valter...
Dünya Azərbaycanlılarının Həmrəyliyi...
MSK sədri: Hazırda bələdiyyə üzvlüyünə...
Milli Məclisin payız sessiyasında son...