29 dekabr 2024, bazar Bakı, 6°C
IMG-LOGO

“DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə üçüncü dəfə mükafata layiq görülüb

28-12-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ABŞ-ın aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Globee Business Awards” beynəlxalq müsabiqəsində layihənin işəgötürənlər üçün təmin etdiyi qiymətləndirmə dəstəyini münsiflər heyəti yüksək qiymətləndirib.

“DOST Müfəttiş” biznesin inkişafına innovativ töhfə verən layihə kimi qəbul edilərək müsabiqənin mükafatına layiq görülüb. Bununla da, “DOST Müfəttiş” layihəsi sayca üçüncü beynəlxalq mükafata layiq görülüb.

Müsabiqəyə ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və digər ölkələrdən 100-dən çox layihə təqdim edilib.

Paylaş: