La-Manş boğazını keçməyə çalışan üç miqrant ölüb
Fransa sahil mühafizəsinin məlumatına görə, bazar günü səhər saatlarında kiçik qayıqla La-Manş boğazını keçməyə çalışan üç miqrant həyatını itirib.
Fhnews.az xəbər verir ki, hadisə yerli vaxtla saat 06:00 radələrində Kaley yaxınlığındakı Sanqat sahillərindən qayıqla dənizə çıxmağa cəhd göstərən şəxslərin suya düşməsi ilə baş verib.
Helikopter vasitəsilə sudan çıxarılan üç nəfərin öldüyü bildirilib. Daha 45 nəfərə isə sahildə tibbi yardım göstərilib, onların əksəriyyətində hipotermiya əlamətləri müşahidə olunub. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, bu il indiyə qədər 36 mindən çox insan kiçik qayıqlarla La-Manş boğazını keçib ki, bu da 2023-cü il üzrə ümumi göstərici olan 29 min 437 nəfəri üstələyib.
BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, bu il La-Manş boğazını keçməyə çalışarkən həyatını itirənlərin sayı 77 nəfərə çatıb.
İtaliya sahillərində miqrantları daşıyan...
Əfqanıstanda qadınlara yeni qadağalar...
Cənubi Koreyada qəzaya uğrayan...
ÜST Çini COVID-19-a dair məlumatları...
Dünya yeni ili coşqu ilə qarşılayıb...