Surinam Respublikasının Prezidenti Zati-aliləri cənab Çandrikapersad Santoxidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.
Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.
Bu ağrılı-acılı günlərdə Uca Allahdan Sizə və xalqınıza səbir diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Çandrikapersad Santoxi
Surinam Respublikasının Prezidenti
Monteneqronun Prezidenti Zati-aliləri...
Sudan Respublikasının Suveren Keçid...
Kuba Respublikasının Prezidenti...
Surinam Respublikasının Prezidenti...
Dünya Turizm Təşkilatının Baş katibi...