Qazaxıstanda qar fırtınası zamanı zəncirvari qəza
Qazaxıstanda güclü qar fırtınası Astana-Petropavlovsk magistral yolunda böyük zəncirvari qəzaya səbəb olub. Hava şəraitinin pisləşməsi ilə əlaqədar 95-ə yaxın avtomobilin toqquşması ilə baş verən qəzada sürücülərin sürət həddinə və təhlükəsiz məsafəyə əməl etməməsi fəlakətin ölçüsünü artırıb. 11 nəfərin yaralandığı qəzanın ardından yolun bir zolağı nəqliyyata açılıb və təmizləmə işləri davam edir.
Qazaxıstanın “KazAvtoJol” yol inşaat şirkəti tərəfindən verilən yazılı açıqlamada, bu gün yerli vaxtla saat 07.20 radələrində pisləşən hava şəraiti səbəbindən Astana-Petropavlovsk avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulduğu bildirilib. Açıqlamada hava şəraiti yaxşılaşdıqdan və yollar təmizləndikdən sonra paytaxt Astana istiqamətində yol polisinin müşayiəti ilə nəqliyyatın hərəkətinin təmin edildiyi, Canatalap kəndi yaxınlığında zəncirvari qəzanın baş verdiyi bildirilib.
13.28 radələrində təxminən 95 avtomobil sürücülərin sürət həddinə və təhlükəsiz məsafəyə riayət etməməsi səbəbiylə zəncirvari qəza yaradıb. Akmola vilayəti polis idarəsindən verilən açıqlamada zəncirvari qəzada 11 nəfərin yaralandığı bildirilib. Açıqlamada qəza və nəqliyyat axınının başlamasından sonra bir zolağın tamamilə boşaldıldığı, təmizləmə işlərinin davam etdirildiyi bildirilib.
ABŞ-də kosmosa buraxılışlarda problemlər...
Muğlada 4 bal gücündə zəlzələ olub...
ABŞ-ın 5 ştatında sərt qış şəraiti ilə...
Kerç boğazında tankerlərin qəzaya...
Partlayaraq planeti soyudan vulkan 200...