Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.
Fhnews.az xəbər verir ki, Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib.
Baş nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Qərbi Azərbaycan İcması: Levon...
Bələdiyyə seçkiləri ilə əlaqədar...
Azərbaycan 2025-ci ildə də beynəlxalq...
Tokayev AZAL-a məxsus təyyarənin “qara...
Yanvarın 29-na təyin edilmiş bələdiyyə...