Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar respublikasında və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Xidmətdən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Xaçmazda və Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 metr/saniyəyədək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.
DİN saxta kirayə ev elanları ilə bağlı...
Sabah intensiv yağış yağacaq - PROQNOZ...
Ötən il DSMF-yə 32 minə yaxın müraciət...
Ali Məhkəmə mülki işlərdə kassasiya...
FHN bayram günlərində gücləndirilmiş iş...