7 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

Hindistanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb

06-01-2025
IMG

Hindistanın cənubundakı Karnataka əyalətində iki nəfərdə metapnevmovirus infeksiyası aşkarlanıb.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, xəstələr 3 aylıq və 8 aylıq körpələrdir.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 3 aylıq körpə müalicəsini ev şəraitində, digəri isə xəstəxana şəraitində davam etdirir.

Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honkonqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, başağrısıdır.

Paylaş: