Yunanıstanda 4 günlük matəm elan edilib
Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük milli matəm elan edilib.
Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, bu gün dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.
Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək.Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.
1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub.Simitis PASOK hökuməti dövründə dəfələrlə nazir vəzifəsində çalışsa da, 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrində çalışıb.
Hüquq və iqtisadiyyat təhsili alan Simitis bir çox universitetlərdə akademik kimi də dərs deyib.
Çində zəlzələ nəticəsində ölənlərin sayı...
Məkkədə güclü yağış problemlərə yol açıb...
ABŞ aviaşirkətinə məxsus təyyarənin eniş...
Cənubi Koreyada məhkəmə Yoon haqqında...
Çinin bəzi bölgələrində yeni HMPV virusu...