CNN: ABŞ-də 62 milyon sakin qar fırtınası təhlükəsi ilə üz-üzədir
ABŞ-də formalaşan, güclü qar yağıntıları və buzlaşma ilə müşayiət olunan qar fırtınası təxminən 2 min kilometr məsafəyə yayıla və təxminən 62 milyon insana təsir edə bilər.
Fhnews.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, şənbədən bazar ertəsinə qədər əlverişsiz hava şəraiti ABŞ-nin mərkəzi hissəsindən şərq sahilinədək ərazini əhatə edə bilər.
Bəzi bölgələrdə 30 santimetrdən çox yağıntı düşə bilər, fırtına güclü küləklə müşayiət oluna, buzlaşma isə elektrik enerjisinin verilməsində fasilələrə səbəb ola bilər. Meteoroloqlar ən çox yağıntının Missuri, İllinoys, İndiana, Ohayo və Qərbi Virciniya ştatlarında olacağını proqnozlaşdırırlar.
Merilend, Delaver və Kentukki ştatlarında buzlaşmaya səbəb olan şərait yarana bilər ki, bu da bəzi bölgələrdə nəqliyyat əlaqələrinin pozulmasına yol aça bilər. Luiziana, Arkanzas və Missisipidə ildırımla müşayiət olunan güclü yağışlar yağa bilər ki, bu da bəzi ərazilərdə subasma təhlükəsi yaradır.
Yaponiyada 6 maqnitudalı zəlzələ olub...
Efiopiyada 3,2 milyon illik insanabənzər...
Şimali Koreyada hot-doq qadağası...
Çində 6,8 bal gücündə zəlzələ...
Zəlzələdən sonra turistlərin...