Çin şirkəti günəş panellərinin səmərəliliyinə görə dünya rekordunu yeniləyib
Çinin “Trina Solar” fotoelektrik şirkəti müəyyən növ günəş modulu üçün enerjiyə çevrilmə səmərəliliyi üzrə yeni dünya rekorduna imza atıb.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, laboratoriya sınaqlarında “Trina”nın geniş səth sahəsinə malik HJT modulları Almaniyanın “Fraunhofer CalLab” günəş enerjisi tədqiqat mərkəzi tərəfindən sertifikatlaşdırılmış nəticələrə əsasən 25,44 faiz səmərəlilik nümayiş etdirib.
Elementin səmərəliliyi cihaza düşən günəş enerjisinin istifadə edilə bilən elektrik enerjisinə çevrilmə faizi ilə müəyyən edilir. Səmərəliliyin artırılması günəş qurğularının ölçülərini və istehsal xərclərini azaltmağa kömək edə bilər.
Sidneydəki Yeni Cənubi Uels Universitetinin professoru Martin Qrin bildirib ki, nəticə, bu sektor üçün gələcəkdə dominant olmağa iddialı günəş HJT texnologiyasının potensialını nümayiş etdirdi.
“Uzunmüddətli perspektivdə hər şey səmərəliliklə bağlıdır, buna görə də, bəzi həllər hazırda digərlərindən daha bahalı olsa belə, bir qayda olaraq, sənaye yeni texnologiyanı mənimsədikcə, xərclər olduqca tez aşağı düşür”, - deyə Qrin “Reuters”ə bildirib.
“Trina Solar”ın açıqlamasında deyilir ki, əldə olunan nəticələr yalnız HJT texnologiyası üçün rekord deyil, həm də monokristal silisium əsaslı günəş elementi modullarının fotoelektrik çevrilmə səmərəliliyində yeni bir mərhələdir.
İcraçı direktor vurğulayıb ki, “Trina” şirkəti texnoloji liderliyini qorumaq üçün tədqiqatları genişləndirəcək.
Hindistanda ötən il yol qəzalarında 180...
Los-Ancelesdə meşə yanğınlarının sahəsi...
Çində 5,5 maqnitudalı zəlzələ baş verib...
Almatı hava limanında bir neçə reys...
Ərzurumda 4,5 bal gücündə zəlzələ baş...