9 yanvar 2025, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

08-01-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!

Şeyx Abdullah bin Həməd Al Tani

Qətər Dövləti Əmirinin müavini

Paylaş: