Şimali Koreyada hot-doq qadağası
Şimali Koreyada Kim Çen In administrasiyası Qərb mədəniyyətini sıxışdırmaq cəhdləri çərçivəsində hot-doqları qadağan edib. Ölkədə hot-doq satarkən və ya bişirərkən tutulan şəxslər əmək düşərgələrinə göndəriləcək. Hot-doq “vətənə xəyanət” kimi qiymətləndiriləcək.
Britaniyanın “The Sun” qəzetinin yazdığına görə, ölkə lideri Kim Çen In ABŞ-dan ilhamlanan Cənubi Koreya yeməyinin populyarlığının artdığı bir vaxtda kolbasa vermənin “xəyanət” olduğunu bəyan edib. Hot-doq satarkən və ya bişirərkən tutulan insanlar ölkənin bədnam əmək düşərgələrində vaxt keçirmək imkanı ilə üzləşirlər.
Pxenyan boşananların da həbs oluna biləcəyinə qərar verib. Kommunist ölkəsində boşanma anti-sosialist bir hərəkət kimi qiymətləndirildiyi üçün bəyənilmir.
Cənubi Pyonqan əyalətində üç ay həbsxanada yatdığını deyən boşanmış qadın RFA-ya bildirib ki, qadınlar kişilərdən daha ağır cəza alırlar.O deyib ki, əmək düşərgəsində təxminən 80 qadın və 40 kişi saxlanılır. Təxminən 30 kişi və qadın boşanma əmrlərinə görə həbs edilib, qadınların isə daha uzun cəzaları var.
Hindistanda ötən il yol qəzalarında 180...
Los-Ancelesdə meşə yanğınlarının sahəsi...
Çində 5,5 maqnitudalı zəlzələ baş verib...
Almatı hava limanında bir neçə reys...
Ərzurumda 4,5 bal gücündə zəlzələ baş...