Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb”, - deyə məlumatda bildirilib.
Laçın istiqamətində Azərbaycan Ordusunun...
Azərbaycan Ordusunun mövqeləri atəşə...
Psixoloqlarla “Koqnitiv Davranış...
Hərbi Hava Qüvvələrində "Zabit ixtisas...
Azərbaycan ilə Serbiya arasında 2025-ci...