7 yanvar 2025, çərşənbə axşamı Bakı, 7°C
IMG-LOGO

“Microsoft” 2025-ci ildə süni intellektə 80 milyard dollar xərcləyəcək

05-01-2025
IMG

ABŞ-nın texnologiya şirkəti “Microsoft” 2025-ci maliyyə ilində süni intellektlə dəstəklənən məlumat mərkəzlərinin yaradılmasına təxminən 80 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

“Microsoft”un prezidenti Brad Smith "Amerika Süni İntellekt üçün Qızıl Fürsət" adlı bloq yazısında süni intellektin bu dövrün elektrik enerjisi olduğunu və qarşıdakı 4 ilin Amerikanın gələcək iqtisadi uğurlarının əsasını təşkil edə biləcəyini söyləyib.

Smith bildirib ki, süni intellekt iqtisadiyyatın hər bir sektorunda innovasiyalara təkan verəcək, məhsuldarlığı artıracaq və Birləşmiş Ştatlar bu yeni texnologiya dalğasının önündə getməyə hazırdır.

ABŞ-nın Amerika şirkətlərinin özəl sərmayə qoyuluşları və yenilikləri sayəsində qlobal süni intellekt yarışına liderlik etdiyini bildirən Smith “Microsoft”un 2025-ci maliyyə ilində süni intellekt modellərinin hazırlanması və süni intellektin istifadəsi üçün təxminən 80 süni intellekt dəstəkli məlumat mərkəzi quracağını söyləyib və bulud əsaslı tətbiqlərə milyard dollar sərmayə qoymağı planlaşdırdığını ifadə edib. 
Smit bildirib ki, bu sərmayənin yarısından çoxu ABŞ-na yatırılacaq ki, bu da onların ABŞ-a bağlılığını və Amerika iqtisadiyyatına inamını əks etdirir.

Paylaş: