İngiltərədə yağan güclü qar səbəbindən uçuşlar dayandırılıb
İngiltərədə təsirli olan qar yağışı küçələri ağ örtüyə bürüyüb. Meteorologiya İdarəsi ölkənin şimalındakı Bingleydə qarın qalınlığının 12 santimetrə çatdığını açıqlayıb. İngiltərənin mərkəzinə, şimal-qərbin bəzi hissələrinə və Uelsin böyük hissəsinə qar yağdığına görə ikinci dərəcəli xəbərdarlıq edilib.
Ölkənin şimal-qərbində yerləşən Lids Bradford, Mançester və Liverpul Con Lennon hava limanlarının uçuş-enmə zolaqları uçuşlar üçün bağlanıb. Birmingem hava limanında da əməliyyatlar qarla örtülmüş uçuş-enmə zolağının təmizlənməsi üçün gecə ərzində bir neçə saatlıq dayandırılıb. Bristol Hava Limanı rəsmiləri uçuş-enmə zolağı təmizləndikdən sonra uçuşların bərpa olunduğunu bildirib və əməliyyatlarda gecikmələr olacağı barədə xəbərdarlıq ediblər.
Yaponiyada 6 maqnitudalı zəlzələ olub...
Efiopiyada 3,2 milyon illik insanabənzər...
Şimali Koreyada hot-doq qadağası...
Çində 6,8 bal gücündə zəlzələ...
Zəlzələdən sonra turistlərin...