Dəməşq hava limanında beynəlxalq uçuşlar başlayır
Dekabrın 18-də ilk daxili uçuşunu həyata keçirən Dəməşq Beynəlxalq Hava Limanı beynəlxalq uçuşlara hazırlaşır.
Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Eshhad Al Salibi hava limanında beynəlxalq uçuşların yanvarın 7-dən etibarən bərpa olunacağını açıqlayıb.
“Qatar Airways” keçən cümə axşamı elan edib ki, təxminən 13 ildən sonra Dəməşqə uçuşları bərpa edəcək və çərşənbə axşamı, yanvarın 7-dən etibarən həftədə 3 uçuş həyata keçirəcək.
Qətər rəhbərliyi Dəməşq hava limanına əməliyyatların yenidən başlaması üçün yardım təklif edib. Qətər Əsəd administrasiyasının devrilməsindən sonra Türkiyədən sonra Suriyanın paytaxtı Dəməşqdə səfirliyini yenidən açan ikinci ölkə olub.
Şimali Koreyada hot-doq qadağası...
Çində 6,8 bal gücündə zəlzələ...
Zəlzələdən sonra turistlərin...
Çində fövqəladə vəziyyət rejimi tətbiq...
Çin yanacaq doldurmaq üçün orbitə sınaq...