Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugedən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlak olan həmvətənlərinizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Mənim qəlbim Azərbaycan xalqının yanındadır. Qəzada yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.
Mən Sizinlə və Azərbaycan vətəndaşları ilə birgə bu kədəri bölüşürəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hans Henri Kluge
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru
“Mərkəzi icra hakimiyyəti orqanlarının...
Çin Xalq Respublikasının Sədri...
Türkiyə Respublikasının 11-ci Prezidenti...
Özbəkistan Respublikasının Prezidenti...
Beynəlxalq Avtomobil Federasiyasının...