AMEA əməkdaşlarının məqalələri Türkiyənin “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalında dərc olunub
Azərbayanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı işıq üzü görüb.
Fhnevs.az science.gov.az saytına istinadən xəbər verir ki, jurnalın yeni sayı dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə açılan jurnalda ölkə başçısının sənəddə qeyd etdiyi “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” ifadəsinə xüsusi yer verilib.
“Mədəni Azərbaycan” jurnalında hər iki ölkənin alimlərinin - akademik Rafael Hüseynov, professorlar Mahirə Hüseynova, Lalə Əlizadə, türkiyəli professorlar Cemal Kurnaz, Mustafa İse, İsmet Çetin və digərlərinin məqalələri əks olunub.
Bundan başqa, nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri professor Ataəmi Mirzəyevin "Fuzuli`nin “Leyla ve Mecnun” Mesnevisi:Azerbaycan epik şiirinin zirvesi”, həmin institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi dosent Zəhra Allahverdiyevanın "Muhammed Fuzuli`nin yaratıçılığı ve ilk türk edebi kaynaklar", Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlünün "Muhammed Fuzli`nin arapça şiir mirası üzerine", AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun "Azerbaycan şiirinde Muhammed Fuzuli`nin imgesi" sərlövhəli məqalələri türk dilində çap olunub.
Məqalələrdə dahi şairin yaradıcılığının Türk dünyası ədəbiyyatına verdiyi töhfələr və onun əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi həm çap, həm də elektron formatda yayımlanan jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsini planlaşdırır.
BDU “İlin gənc alimi” nominasiyası üzrə...
Kibertəhlükəsizliyin təmin edilməsi üçün...
Azərbaycan və Şimali Kiprin...
GDU-da payız semestrinin imtahan...
AMEA əməkdaşlarının məqalələri...