Mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib (video)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2011-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.
Bakıda növbəti yenilənmiş həyətlər...
Aktauda təyyarə qəzasında xəsarət alan...
Ali Məhkəmə boşanan valideynlərlə və...
AQTA: İndiyədək 446,1 min iribuynuzlu...
Vaxtında peyvənd almış şəxs qripə...