Ələt-Astara yolunda 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir (video, foto)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşasını yekunlaşdırmaq üzrədir.
Fhnews.az bu barədə agentliyə istinadən xəbər verir.
Layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.
Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157,3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30,2 metr, 177,5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46,2 metr təşkil edir.
Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14,5 metrdir.
Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.
Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır.
Azərbaycanda binaların informasiya...
Azərbaycana xaricdən uçuşların sayı ötən...
Dövlət Neft Fondunun “Şahdəniz”...
Bakının Mikayıl Əliyev küçəsində sürət...
Ələt-Astara yolunun Yenikənd-Biləsuvar...