9 yanvar 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Almatı hava limanı sərnişinlər üçün xüsusi tədbirlər görür

08-01-2025
IMG

Almatı Beynəlxalq Hava Limanı bütün xidmətlərin gücləndirilmiş iş rejiminə keçdiyini bildirib. Belə ki, reyslərin gecikmələrinin minimuma endirilməsi üçün bütün tədbirlər görülür.

Fhnews.az "Kazinform"a istinadən xəbər verir ki, hava şəraitinin pisləşməsi, qar yağması və duman səbəbindən yanvarın 8-də bəzi uçuş reysləri daha gec vaxta təxirə salınıb.

Gecikdirilmiş reyslərin sərnişinləri üçün rahat şəraitin təmin edilməsi məqsədilə hava limanının və aviaşirkətlərin qüvvələri ilə isti yemək, qəlyanaltı və içkilər təqdim edilib.

"Hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir, gecikmələrin minimuma endirilməsi və əməliyyatların normal gedişatının bərpası üçün bütün zəruri tədbirlər görülür", - hava limanının korporativ kommunikasiyalar departamentindən bildirilib.

Sərnişinlərdən yola düşməzdən əvvəl hava limanının və aviaşirkətlərin rəsmi saytlarında reyslərin aktual statusunu yoxlamaları xahiş olunur.

Paylaş: