Qırğızıstanın Karakol şəhəri Mərkəzi Asiyanın macəra paytaxtı elan edilib
Amerikanın “Condé Nast Traveler” səyahət jurnalı Qırğızıstanın Karakol şəhərini Mərkəzi Asiyanın macəra paytaxtı elan edib.
Fhnews.az xəbər verir ki, bu barədə Qırğızıstanın “KABAR” agentliyi məlumat yayıb. Bildirilib ki, İssık-Kul gölünün sahilində yerləşən şəhər səyahətçilərə aktiv istirahət, eləcə də mədəni və kulinariya müxtəlifliyi üçün ideal yer kimi tövsiyə olunur.
Tyan-Şan dağlarından tutmuş İssık-Kul gölünə qədər yürüş, at sürmə, kayak və yamac paraşütü burada təklif olunan fəaliyyətlərdən yalnız bir neçəsidir. Bundan əlavə, Karakol Orta Asiyanın ən hündür xizək kurortudur. Şəhər uyğur, özbək, qırğız, kalmık, dunqan və rus icmalarının məskənidir.
İşığa təsiri ilə sümüyü bərpa edən...
Britaniya qanunsuz miqrasiya...
Türkiyədə kibertəhlükəsizlik idarəsi...
Alkoqolun xərçənglə əlaqəsi varmı? -...
İtaliyada itkin düşən alpinistlərdən...