Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!
Şeyx Təmim bin Həməd Al Tani
Qətər Dövlətinin Əmiri
Misir Ərəb Respublikasının Prezidenti...
Qətər Dövlətinin Baş naziri və xarici...
Qətər Dövləti Əmirinin müavini Şeyx...
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin...
Küveyt Dövlətinin Baş naziri Əhməd...