ABŞ aviaşirkətinə məxsus təyyarənin eniş şassisində 2 cəsəd tapılıb
ABŞ-nın Florida ştatında beynəlxalq hava limanına enən "JetBlue" aviaşirkətinə məxsus təyyarənin şassəsində iki cəsəd tapılıb.
Aviaşirkətdən verilən açıqlamada, Nyu-Yorkdan havaya qalxan və Floridanın Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanına enən “JetBlue” təyyarəsinin eniş şassisində gizlənən iki nəfərin donaraq öldüyü bildirilib.
Onların təyyarəyə necə daxil olduqları hələ də araşdırılır.
Bildirilib ki, “Airbus A320” tipli təyyarə sonuncu dəfə bazar ertəsi gecə Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından 1801 saylı reyslə Floridaya enib.ABŞ mətbuatında sözügedən iki şəxsin Yamaykalı olması ilə bağlı xəbərlər hələ də rəsmi orqanlar tərəfindən təsdiqini tapmayıb.
Xatırladaq ki, dekabr ayında Çikaqodan Havay adalarına uçan “United Airlines” təyyarəsinin təkər hissəsində da cəsəd tapılmışdı.
Misirin qadın fironu Hatşepsutun...
Almatı-Antalya marşrutunu yerinə yetirən...
AK Çindəki virusla əlaqədar Avropada...
Qırğızıstanın Karakol şəhəri Mərkəzi...
İrlandiyada minlərlə insan susuz və...