Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb
Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin cəsədi aşkarlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə delfinləri xilas edən elmi-ekoloji mərkəz “Delfa” özünün teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.
Çində 6,8 bal gücündə zəlzələ...
Zəlzələdən sonra turistlərin...
Çində fövqəladə vəziyyət rejimi tətbiq...
Çin yanacaq doldurmaq üçün orbitə sınaq...
Çin Sədri Tibetdə insanların xilas...