7 yanvar 2025, çərşənbə axşamı Bakı, 8°C
IMG-LOGO

Partlayaraq planeti  soyudan vulkan 200 ildən sonra aşkar edilib

05-01-2025
IMG

1831-ci ildə püskürən və planetin soyumasına səbəb olan vulkan nəhayət ki, tapılıb. 19-cu əsrin ən böyük vulkan püskürmələrindən sayılan bu hadisə Şimal yarımkürəsində temperaturun 1 dərəcə aşağı düşməsinə səbəb olub. İqlimin soyuması nəticəsində məhsullar tələf olub, müxtəlif yerlərdə aclıq baş verib. Lakin hələlik partlayışın hansı vulkanda baş verdiyi məlum deyil.

Böyük Britaniyanın Saint Andrews Universitetindən Uilyam Hutçisonun rəhbərlik etdiyi tədqiqatçılar Qrenlandiya buz örtüyündə sıxışan külləri analiz edərək vulkanı müəyyən ediblər.

Araşdırmada dağıdıcı hadisənin Rusiya və Yaponiya arasında Kuril adalarında yerləşən Zavaritski vulkanı ilə əlaqəli olduğu ortaya çıxdı. Seysmik fəaliyyətləri və aşağı orbitdəki peykləri izləyən cihazlar sayəsində bu gün dünyanın heç bir yerində vulkan püskürməsini aşkar etməmək demək olar ki, mümkün deyil.

Ancaq təxminən 200 il əvvəl, ucqar bir kimsəsiz adada belə bir hadisəni aşkar etmək olduqca çətin olardı.

1831-ci il püskürməsi əvvəllər Filippindəki Babuyan Klaro və ya Aralıq dənizindəki Ferdinandea ilə əlaqələndirilmişdi, lakin bu nəzəriyyələr tədqiqatlarla dəstəklənmirdi.

Yeni araşdırma aparan qrup Qrenlandiyada buz nüvələrini tədqiq edib və müəyyən edib ki, kükürdün miqdarı 1831-ci ildə Şimal yarımkürəsində püskürmə olduğunu göstərir.
 Alimlər həmçinin uzunluğu 0,02 millimetrdən çox olmayan kül və vulkanik şüşə parçalarını da analiz ediblər. Rusiya və Yaponiyadakı həmkarları ilə əməkdaşlıq edən komanda nümunələrin Simuşir adasındakı Zavaritski Kalderasından götürülmüş nümunələrlə uyğunlaşdığını aşkar edib.

Adadakı kalderanın 1700-1900-cü illər arasında formalaşdığı müəyyən edilmişdir. Alimlər bu vulkanın çökməsinə 1831-ci ildə baş vermiş hadisənin səbəb olduğunu düşünürlər.

Onların yeni tapıntılarından əvvəl Zavaritskidə məlum olan sonuncu püskürmə eramızdan əvvəl 800-cü ildə baş verib.Tədqiqat həm də ucqar ərazilərdə vulkanların yaxından izlənilməsinin vacibliyinə diqqət çəkir.

Paylaş: